Ermənistan Ukraynaya silah verəcək

Ermənistan Ukraynaya silah verəcək

20 Noyabr 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan, ehtimal ki, ABŞ-ın yardımı ilə Ukraynanı “Toçka-U” raket sistemləri ilə təmin etməyə razılaşıb, Müharibə Araşdırma İnstitutu (ISW) Rusiyayönlü mənbələrə istinadən hesabatında bildirib.

Qeyd olunur ki, bu məlumatı təsdiqləyən heç bir sübut yoxdur. Ermənistanın Ukraynaya nə qədər “Toçka-U” kompleksi verə biləcəyi də məlum deyil.

Mənbələr Ermənistan hökumətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa hazırlaşmağa başladığını da iddia edir.

Eyni zamanda, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan noyabrın 9-da jurnalistlərə bildirib ki, Ermənistan KTMT-dən çıxmaqla bağlı hüquqi prosesi müzakirə etmir.

Oxuməni.az