Latviya Rusiya ilə sərhəddə hasar inşa edir

Latviya Rusiya ilə sərhəddə hasar inşa edir

20 Noyabr 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Latviya Rusiya ilə sərhəddə təhlükəsizlik infrastrukturunun tikintisini sürətləndirmək istəyir. Bu barədə Delfi yazır.

Rusiya ilə quru sərhədində tikinti işlərinin sürətləndirilməsi üçün ordunun cəlb olunması nəzərdə tutulur.

Bildirilir ki, Latviya silahlı qüvvələrinin dəstəyi ilə 11,07 və 8,45 km uzunluğunda iki sədd seksiyası tikilə bilər. Ümumilikdə, söhbət Rusiya ilə sərhəddə 180 km uzunluğunda qoruyucu sədlərin tikilməsindən gedir.

Sərhədin 53 km-də sərhəd mühafizəsi infrastrukturu olacaq. Bu barədə qərar Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra verilib. Artıq lazımi ərazilər meşədən təmizlənib.

Oxuməni.az