
Bolqarıstanı vuran qasırğa iki nəfərin həyatına son qoyub
Euronews xəbər verir ki, Bolqarıstanı vuran qasırğa küləkləri, leysan yağış və qar iki nəfərin həyatına son qoyub.
Güclü külək, leysan yağış və qar Bolqarıstanın böyük hissəsini vurub. Bir sıra şəhər və kəndlərə ciddi ziyan dəyib, bir çox yerlərdə, o cümlədən ağacların aşması səbəbindən elektrik enerjisinin verilişində fasilələr yaranıb. 2 nəfər pis havanın qurbanı olub.
Qara dənizin Varna şəhərində bazar günü bir qadın evə gedərkən yıxılan ağac budağının vurması nəticəsində dünyasını dəyişib.
Şənbə günü axşam saatlarında Sofiyada ağac maşının üzərinə aşıb. Sürücü dünyasını dəyişib, həyat yoldaşı xəstəxanaya yerləşdirilib.
Varna bələdiyyəsində fövqəladə vəziyyət elan edilib. Fırtına qasırğaya çevrilib və bu, gecə saatlarında təcili yardım xidmətlərinin işini xeyli çətinləşdirib.
Oxuməni.az