Pilotsuz təyyarə Moskvaya hücum etməyə cəhd edib

Pilotsuz təyyarə Moskvaya hücum etməyə cəhd edib

19 Noyabr 08:17
Bəyəndim (0) Bəyənmədim (0)

Boqorodski şəhər rayonunda hava hücumundan müdafiə qüvvələri pilotsuz təyyarəni vurub, Moskva meri Sergey Sobyanin bildirib.

“PUA qalıqlarının düşməsi nəticəsində dağıntı və tələfat olmayıb. Təcili yardım xidmətləri hadisə yerindədir”, - deyə o yazıb.

Rusiya Müdafiə Nazirliyi də Moskva vilayətinin Boqorodski şəhər dairəsi ərazisi üzərində pilotsuz təyyarənin məhv edilməsi barədə məlumat yayıb. “Hücum cəhdinin qarşısı Moskva vaxtı ilə saat 01:00-da alınıb”, - deyə idarədən bildirilib.

Oxuməni.az