Dmitri Peskov: Finlandiya Rusiya ilə qarşıdurma yolunu seçib

Dmitri Peskov: Finlandiya Rusiya ilə qarşıdurma yolunu seçib

18 Noyabr 2023 09:18
Bəyəndim (0) Bəyənmədim (0)

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Finlandiya Rusiya ilə “qarşıdurma yolunu” seçib, baxmayaraq ki, Moskva “yaxın tarixdə Finlandiyanı heç vaxt təhdid etməyib və tərəflərin qarşıdurma üçün heç bir səbəbi olmayıb”.

"Bizim nöqteyi-nəzərimizdən bu, böyük səhvdir", - Peskov deyib.

Onun sözlərinə görə, Moskva və Helsinki arasında həmişə “qarşılıqlı fayda, qarşılıqlı hörmət və anlaşma”ya əsaslanan “fenomenal münasibətlər” olub. Peskov deyib ki, indi yalnız “Finlandiya hakimiyyətinin ikitərəfli münasibətləri pozmaq yolundan dərin təəssüf hissi ifadə etmək olar”.

Daha əvvəl məlum olub ki, Finlandiya Daxili İşlər Nazirliyi ölkənin Rusiya ilə sərhədinin tamamilə bağlanmasını nəzərdə tutan qanun layihəsi hazırlayır.

Oxuməni.az