
Ermənistan və Gürcüstan hərbi sahədə əməkdaşlıq etmək barədə razılığa gəliblər
Ermənistan və Gürcüstanın müdafiə idarələrinin rəhbərləri nazirliklər arasında ikitərəfli əməkdaşlıq planını imzalayıblar, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
Qeyd olunur ki, noyabrın 17-də Ermənistanın müdafiə naziri Suren Papikyan Ermənistana rəsmi səfərə gəlmiş Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladzeni Müdafiə Nazirliyinin inzibati kompleksində qəbul edib.
Görüş zamanı tərəflər əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndiriblər. Müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Gürcüstan əməkdaşlığı məsələləri müzakirə edilib.
Tərəflər hər iki ölkənin Silahlı Qüvvələrində aparılan islahatların təfərrüatlarını bir-birinə təqdim ediblər.
Oxuməni.az
Digər xəbərlər