Rusiya xüsusi xidmət orqanları Ukraynada dövlət çevrilişi etməyə hazırlaşırlar

Rusiya xüsusi xidmət orqanları Ukraynada dövlət çevrilişi etməyə hazırlaşırlar

17 Noyabr 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Vladimir Zelenski Qərb jurnalistlərinə deyib ki, Rusiya xüsusi xidmət orqanları Ukraynada dövlət çevrilişi etmək istəyirlər. Onun sözlərinə görə, Moskva Ukrayna cəmiyyətində parçalanma və xaos səpməyə çalışır ki, bunun da nəticəsi prezidentin istefası olmalıdır.

“Kəşfiyyatımızda tərəfdaşlarımızdan gələn məlumatlar var. “Maydan-3” kimi tanınan dezinformasiya planı var",-deyə Zelenski bəyan edib.

O qeyd edib ki, ruslar üçün Maydan çevrilişdir və buna görə də əməliyyat başa düşüləndir. Dövlət başçısı həmçinin bildirib ki, Ukrayna Rusiya ilə dondurulmuş münaqişəyə bənzəyən heç bir formada danışıqlara razı olmayacaq.

Oxuməni.az