İraqdakı Amerika bazasına növbəti dəfə hücum edilib

İraqdakı Amerika bazasına növbəti dəfə hücum edilib

17 Noyabr 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Sky News Arabia xəbər verir ki, pilotsuz təyyarə İraqın şimalında Amerika və beynəlxalq qüvvələrin yerləşdiyi Əl-Hərir aviabazasına zərbə endirib.

Dəymiş ziyanla bağlı hələlik məlumat verilməyib. Hücuma görə məsuliyyəti İraq İslam Müqaviməti öz üzərinə götürüb.

Təşkilatın məlumatına görə, PUA nəzərdə tutulan hədəfi vurub.

Baza noyabrın 9-u və 11-də pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqhin hesablamalarına görə, oktyabrın 17-dən noyabrın 7-dək Yaxın Şərqdəki ABŞ qüvvələri 40 dəfə hücuma məruz qalıb. 22 hücum İraqda, 18-i Suriyada həyata keçirilib.

Oxuməni.az