Qərb Qəzzaya sülhməramlılar gətirmək istəyir: İsrail əleyhinədir
ABŞ və Avropa müttəfiqləri müharibə bitdikdən sonra Qəzza zolağına beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi planı hazırlayır. Bu, mülki əhali arasında itkilərin artması fonunda Qəzza zolağında hərbi əməliyyatı dayandırmaq üçün İsrailə təzyiqi artırmaq məqsədi daşıyır, Bloomberg məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yazır.
Mənbələr bildiriblər ki, ideyanı müzakirə edən rəsmilər, xüsusilə İsrailin skeptisizmini nəzərə alaraq, “Qəzzada belə bir əməliyyatın mümkün olub-olmayacağı ilə bağlı böyük sualların qaldığını” etiraf edirlər.
Bununla belə, rəsmilər hesab edir ki, BMT qüvvələrinin cəlb edilməsi ehtimalının artırılması İsraili Qəzzada 11 mindən çox insanın ölümünə və humanitar fəlakətə səbəb olan hərbi əməliyyatlarını dayandırmağa vadar edə bilər.
Anonim İsrail rəsmiləri Bloomberg-ə deyiblər ki, onlar BMT qüvvələrinin effektivliyinə şübhə ilə yanaşırlar və İsrail əsgərlərinin “istədikləri kimi” Qəzzəyə sərbəst girib-çıxa biləcəyini gözləyirlər.
Oxuməni.az





























.jpg)





















































