Rusiyanın  məşhur generalı və onun həyat yoldaşı  ölü tapılıb

Rusiyanın məşhur generalı və onun həyat yoldaşı ölü tapılıb

16 Noyabr 2023 14:02
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Stavropol diyarında Rusiya Federasiyası Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı Ordusunun keçmiş komandanı Vladimir Sviridov və onun həyat yoldaşı ölü tapılıb. İlkin məlumatlara görə, onlar təxminən bir həftə əvvəl dünyasını dəyişib.

Bu barədə Rusiyanın teleqram kanalları və nəşrləri məlumat yayıb.

Noyabrın 15-də günorta saatlarında 68 yaşlı Vladimir Sviridov və onun 72 yaşlı arvadı Tatyananın meyitləri Adjiyevski kəndindəki evlərində tapılıb. Qeyd olunur ki, cütlük təxminən bir həftə əvvəl ölüb.

Qaz xidmətinin əməkdaşları ölçmə aparıb və zərərli maddələrin icazə verilən konsentrasiyadan artıq olmadığını aşkar ediblər. Cütlüyün ölümünə nəyin səbəb olduğu hələlik məlum deyil.

Aviasiya general-leytenantı Vladimir Sviridov 2005-2009-cu illərdə Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı Ordusuna komandanlıq edib.

Daha əvvəl s Ukraynada qoşunlara komandanlıq edən Rusiya müdafiə nazirinin keçmiş müavini, 57 yaşlı general Gennadi Jidko yayda müəmmalı şəkildə dünyasını dəyişib.

Bu qışda, Moskva vilayətində, Vladimir Putinin əvvəllər vəzifəsindən azad etdiyi Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin rəis müavini, 72 yaşlı general-mayor Vladimir Makarovuncəsədini tapıblar. Onun ölümünün səbəbi məlum deyil.

Oxuməni.az