İsrailin Yaponiyadakı səfirliyi yaxınlığında avtomobil polis hasarına çırpılıb
Avtomobil tam sürətlə İsrailin Tokiodakı səfirliyinin yaxınlığında quraşdırılmış polis hasarına çırpılıb. Bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.
Hadisə nəticəsində İsrail diplomatik missiyasının mühafizəsi ilə məşğul olan azı bir polis əməkdaşı yaralanıb. Avtomobilin sürücüsü hadisə yerində saxlanılıb, ilkin məlumatlara görə, o, yapon sağçı radikal qruplarından biri ilə əlaqəli ola bilər. Hazırda onun hərəkətinin motivləri barədə məlumat verilmir, lakin son həftələrdə yapon sağçı radikallarının nümayəndələri Qəzza zolağındakı vəziyyətlə əlaqədar Yaponiyada vaxtaşırı keçirilən Fələstin tərəfdarı mitinqlərdə görüntülənib.
Oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrailə daxil olmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı qisas almağa başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Oxuməni.az




































































.jpg-2.jpg)














