Yaponiya və Böyük Britaniya quru qoşunları arasında birgə təlimlər başlayıb

Yaponiya və Böyük Britaniya quru qoşunları arasında birgə təlimlər başlayıb

16 Noyabr 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın Honsyu adasının mərkəzində yerləşən Qunma prefekturasındakı poliqonda Yaponiya və Böyük Britaniya quru qoşunları arasında birgə təlimlər başlayıb. Sankei qəzeti xəbər verir ki, hər iki tərəfdən 600 hərbçinin iştirakı ilə keçirilən hərbi təlimlər noyabrın 26-dək davam edəcək.

Təlimlər zamanı sahil xəttinin və ucqar adaların müdafiəsi üzrə birgə əməliyyatlar həyata keçirilir.

Təlimlər bu cür birgə təlimlərin keçirilməsi üçün şəraitin yüngülləşdirilməsi məqsədilə yanvarda bağlanmış ikitərəfli saziş əsasında keçirilir. Xüsusilə, Britaniya hərbi qulluqçuları indi viza almadan və ya pasport təqdim etmədən Yaponiyaya gəliblər, silah və avadanlıqlar sadələşdirilmiş prosedurla idxal edilib.

Oxuməni.az