İsrail və Fələstin Qəzzanı BMT missiyalarına vermək istəmir

İsrail və Fələstin Qəzzanı BMT missiyalarına vermək istəmir

16 Noyabr 2023 12:10
Bəyəndim (0) Bəyənmədim (0)


İsrail və Fələstin Qəzzanı BMT missiyalarına vermək istəmir.

“Politico” xəbər verir ki, İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq Almaniyanın Qəzza zolağında vəziyyətə nəzarəti BMT-nin himayəsi altına keçirmək təklifini tənqid edib.

"Mən BMT modelinin effektivliyini şübhə altına alıram, çünki bizim BMT-nin səlahiyyətli qüvvələri ilə müsbət təcrübəmiz yoxdur",- deyə Hersoq POLITICO Power Play-ə verdiyi müsahibədə bəyan edib.

Alternativ olaraq o, Fələstin ərazisinə nəzarətin “qeyri-müəyyən müddətə” İsraildə qalmasını təklif edib.

Hersoq, bunun Qəzzanın işğalı demək olmadığını, əksinə, “Qəzzada terrorçulara qarşı qeyri-müəyyən müddətə əməliyyatların davam etdirilməsinin zəruriliyini” açıqlayıb.

Bununla belə, Hersoq vurğulayıb ki, Təl-Əviv sektorda digər qüvvələrin, o cümlədən “regional və ya beynəlxalq” qüvvələrin olmasına etiraz etmir.

Fələstin tərəfi də bu fikrə qarşı çıxıb. Fələstin Muxtariyyətinin Aİ-dəki səfiri Abdelrahim Alfarra POLITICO-ya açıqlamasında bu ideyanın “qəbuledilməz olduğunu” söylədi.

Alfarranın sözlərinə görə, BMT-nin rolu iki gələcək ölkə olan İsrail və Fələstin arasındakı sərhədlərdə beynəlxalq mühafizəni təmin etməkdir. Əksinə, Almaniyanın təklifi BMT-nin “Qəzzəyə nəzarəti” ələ almasıdır”, - deyə o bildirib.

Oxuməni.az