Çita şəhərində naməlum şəxslər Baxmut yaxınlığında ölən Vaqnerçinin məzarını yandırıblar
Rusiyanın Çita şəhərində naməlum şəxslər Baxmut yaxınlığında ölən Vaqnerçinin məzarını yandırıb və üzərinə “Ukrayna” yazıblar.
Rusiyanın Trans-Baykal diyarında naməlum şəxslər Baxmut yaxınlığında döyüşərək həlak olan Vaqner PMC üzvünün məzarı üzərindəki əklilləri yandırıblar.
Bu barədə yerli “Veçorka” nəşri məlumat yayıb.
Hadisə Çitada Vasili Molotkovun məzarı başında baş verib. Naməlum şəxslər məzarı yandırıblar və onun üzərində asılmış Rusiya və PMC-lərin bayraqlarının üzərinə “Ukrayna” sözünü yazıblar.
Mərhumun bacısı Olqanın sözlərinə görə, murdarlanmış qəbri qohumları noyabrın 14-də aşkar ediblər.
"O, Antipika kəndindəki İK-5-dən Vaqnerə gəlib. Ehtiyatsızlıqdan ölümə səbəb olduğu üçün həbsxanaya düşüb. Qardaşımın təqsiri üzündən ölənlərin yaxınlarını tanıyıram, onlar belə bir şeyə qadir deyillər. Ümumilikdə ona 13 il sərt rejim verilib, onun 9 ilini çəkib, sonra müharibəyə gedib”, - deyə qadın bildirib.
Çita-I qəbiristanlığında ümumilikdə Ukraynadakı müharibənin 50-dən çox iştirakçısı dəfn edilib. Onlardan 40-ı “Vaqnerçilər”dir.
Bundan bir qədər əvvəl, keçən yay Kirov rayonunda bir adam üç vaqnerçinin məzarını dağıdıb. Həbs edildikdən sonra o, bu hərəkətini qisas almaq istəyi ilə izah edib.
Bundan əvvəl Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Ukraynadakı “Vaqner PMC” şirkətinin itkilərini açıqlamışdı. Onun sözlərinə görə, Yevgeni Priqojinin şəxsi “ordusuna” cəlb edilmiş 29 543 keçmiş məhbus döyüşdə yaralanıb və ya öldürülüb.
Ümumilikdə 78 min muzdlu “Ukrayna müharibəsindən”keçib. Onlardan 49 mini həbsdə olanlardır.
Oxuməni.az





























.jpg)





















































