Qazaxıstanda 20 milyonuncu sakin doğulub

Qazaxıstanda 20 milyonuncu sakin doğulub

16 Noyabr 2023 10:01
Bəyəndim (0) Bəyənmədim (0)


Qazaxıstanda 20 milyonuncu sakin doğulub. Bu barədə prezident Kasım-Jomart Tokayev məlumat verib.

“Qazaxıstanın əhalisi 20 milyona çatıb! Bu əlamətdar hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm! Xoşbəxt ailə millətin rifahının və ölkənin davamlı tərəqqisinin təməlidir. Dövlət bundan sonra da ailə dəyərlərinin möhkəmləndirilməsi, analığın və uşağın qorunması istiqamətində fəaliyyətini davam etdirəcək”, - dövlət başçısı “Twitter” səhifəsində yazıb.

Milli Statistika Bürosunun məlumatına görə, beş uşaq Qazaxıstanın 20 milyonuncu sakini olub. Onlar noyabrın 14-də anadan olublar. 20 milyonuncu vətəndaşın doğum tarixi bütün mövcud demoqrafik məlumatlar, məsələn: doğulanların və ölənlərin sayı, Qazaxıstana gələnlər və onu tərk edənlər nəzərə alınmaqla müəyyən edilib.

“Əhalinin məlumat bazasına əsasən, 2023-cü il noyabrın 14-də səhər saat 8:10-da doğulan 5 uşaq ölkənin 20 milyonuncu sakini olub. Qazaxıstanın yubiley vətəndaşları Ulytau və Jetysu bölgələrində, Atırau, Akmola və Türküstan vilayətlərində doğulublar. Onlardan 3-ü oğlan, 2-si qızdır”, - deyə məlumatda bildirilir.

Əvvəllər əhali məlumatları əl ilə işlənirdi və bu, çox vaxt aparırdı. Dövlət informasiya sistemlərinin inteqrasiyası bu prosesi sürətləndirməyə və 20 milyonuncu vətəndaşın doğum tarixini böyük dəqiqliklə və ən qısa müddətdə müəyyən etməyə imkan verdi.

Qeyd olunur ki, Qazaxıstanın 19 milyonuncu vətəndaşı 2 il əvvəl avqustda dünyaya gəlib.

Oxuməni.az