Amsterdamda Fələstin tərəfdarları hava limanının terminalında etiraz aksiyası keçiriblər
Fələstin tərəfdarları Amsterdam Beynəlxalq Hava Limanının terminalında etiraz aksiyası keçiriblər.
Telegram kanallarında mitinqin videosu yayılıb.
Etirazçılar Qəzza zolağının bombalanmasına son qoymağa çağırıblar.
Xatırladaq ki, Avropada Fələstin tərəfdarı mitinqlər davam edir. Belə ki, bu yaxınlarda Londonda Fələstin tərəfdarı nümayişçilər dəmiryol vağzalını dolduraraq Britaniya paytaxtında qatarların hərəkətini əngəlləyiblər.
Bundan əvvəl etirazçılar Qəzza zolağında atəşkəs tələbi ilə Nyu-Yorkun Böyük Mərkəzi Stansiyasını bağlayıblar.
İsrailin Qəzza zolağında hərəkətlərinə qarşı çıxan Sülh naminə Yəhudi Səsi təşkilatı Vaşinqtonda ABŞ Konqresinin binalarından birində etiraz aksiyası keçirib. Fəallar Qəzzada döyüşlərə son qoymağa və ABŞ-ın İsrailə hərbi yardımını dayandırmağa çağıraraq Kapitoliyə hücum edib.
Bu arada, bu gün Vaşinqtonda on minlərlə nümayişçi HƏMAS ilə müharibədə Təl-Əvivə dəstək məqsədilə “İsrail üçün yürüş”də iştirak edib. Bir çox etirazçı Amerika və İsrail bayraqları daşıyıb. Nümayişçilər antisemitizmin artmasını pisləyib və İsraillə həmrəylik nümayiş etdiriblər.
Oxuməni.az



















































































