Liderlərin xanımları Qəzza üçün toplanırlar
Bir çox ölkənin dövlət və hökumət başçılarının xanımları birinci xanım Ərdoğanın rəhbərliyi ilə Qəzza üçün bir araya gəlir. “Fələstin üçün bir ürək” ana mövzusu ilə bu gün İstanbulda keçiriləcək sammitdə Qəzzadakı vəhşiliyə bir an əvvəl son qoyulması tələb olunacaq.
Prezident Rəcəb Tayyib Ərdoğanın ardınca həyat yoldaşı Əminə Ərdoğan da İsrail-Fələstin arasındakı münaqişələrin dayandırılması və tezliklə atəşkəsin təmin edilməsi üçün diplomatik təşəbbüslərini gücləndirib. Birinci xanım Ərdoğanın rəhbərliyi altında bu gün İstanbulda Qəzza ilə bağlı beynəlxalq toplantı keçiriləcək.
Toplantıda Qəzzaya humanitar yardımın daşınmasının asanlaşdırılması üçün lazımi addımların atılmasının vacibliyi də elan ediləcək.
Oxuməni.az
Digər xəbərlər


















































































