Monqolustan Çingiz xanın anadan olmasının 861-ci ildönümünü qeyd edir

Monqolustan Çingiz xanın anadan olmasının 861-ci ildönümünü qeyd edir

14 Noyabr 2023 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün, noyabrın 14-də Monqolustan Çingiz xanın anadan olmasının 861-ci ildönümünü və Monqolustanın Qürur Gününü qeyd edir.

Bu gün Ulan-Batorun baş meydanında dövlət bayrağının və Çingiz xanın heykəlinin ucaldılması mərasimləri keçiriləcək.

Bu gün ölkə prezidenti vətən və xalq qarşısında xüsusi xidmətlərinə görə ali dövlət mükafatı - Çingiz xan ordeni ilə təltif edir. Həmçinin, hər il Çingiz xanın anadan olmasının ildönümünü qeyd etmək üçün Monqolustanın prezidenti, parlamentinin sədri və baş naziri Ulan-Batorun mərkəzində yerləşən Çingiz xanın heykəlinə ehtiramlarını bildirirlər.

Milli Qürur Günü Monqolustanda milli bayramdır və “Ümumi bayramlar və əlamətdar tarixlər haqqında” Qanuna əsasən rəsmi olaraq qeyri-iş günü elan edilir.

Bu gün Morin Xur ansamblı Çingiz xan ordeni ilə təltif olunacaq.

Çingiz Xan ordeninin təltif edilməsi Monqolustan Qürur Günü və ya Çingiz xanın anadan olmasının ildönümündə baş verir və bu il bu gün noyabrın 14-nə təsadüf edir.

“Çingiz xan” ordeni ölkənin müstəqilliyinin, suverenliyinin və milli birliyinin möhkəmləndirilməsində, dövlətçilik, tarix və mədəniyyət ənənələrinin dərindən öyrənilməsində, gələcək nəslə çatdırılmasında və təbliğində vətəndaşların müstəsna və xüsusi xidmətlərinə görə verilir.

Oxuməni.az