100 milyon ağacın əkilməsi üçün xüsusi bayram

100 milyon ağacın əkilməsi üçün xüsusi bayram

14 Noyabr 2023 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Keniyada xalqın 100 milyon ağac əkməsi üçün xüsusi bayram elan edilib. Nayrobi administrasiyasının 10 il ərzində 15 milyard ağac əkmək hədəfi çərçivəsində edilən təşəbbüs iqlim dəyişikliyi ilə mübarizəyə kömək etmək məqsədi daşıyır.

Plana görə, hər bir Keniyalının ən azı iki ağac əkməklə 100 milyon hədəfinə çatması gözlənilir.

Ətraf Mühit Naziri Soipan Tuya bu bayramın "hər bir Keniyalıya təşəbbüs göstərməyə" imkan verdiyini söyləyib. Nazir Tuya xüsusi bayramdan sonra təcrübənin davam edəcəyini və dekabr ayında yağışlı mövsümün sonuna qədər 500 milyon ağacın əkilməsini gözlədiyini qeyd edib.

Plana əsasən, meşə təşkilatları mərkəzlərində tinglər pulsuz verilir. Hökumət ictimai tingliklərdə təxminən 150 milyon şitil hazırlayır. Keniyalılar şitilləri xüsusi ayrılmış yerlərdə əkirlər.

Keniyanın hazırkı meşə örtüyü hazırda təxminən 7 faiz təşkil edir, lakin hökumət ağac örtüyünü 10 faizdən çox artırmaq üçün bu maliyyə ilində 80 milyon dollardan çox vəsait ayırıb.

Oxuməni.az