ABŞ seçicilərinin yalnız 14 faizi Bayden-FT dövründə maliyyə vəziyyətlərinin yaxşılaşdığını düşünür
Amerikalı seçicilərin cəmi 14 faizi prezident Co Baydenin dövründə maliyyə vəziyyətlərinin yaxşılaşdığını düşünür. Sorğuda iştirak edənlərin yarıdan çoxu, əksinə, maliyyə vəziyyətlərinin pisləşdiyini bildirib.
Financial Times-ın sifarişi ilə keçirilən sorğunun nəticələri belədir.
Sorğuda iştirak edənlərin 65 faizi tətil və ya çöldə yemək kimi qeyri-vacib xərcləri azaltdıqlarını, 52 faizi isə qida və ya digər zəruri şeylərə xərcləri azaltdıqlarını bildirib.
“Prezidentin iqtisadi göstəriciləri onun yenidən seçilmək perspektivlərinə xələl gətirə bilər” deyə nəşr yekunlaşdırır.
Seçicilərin təxminən 70 faizi hesab edir ki, Baydenin iqtisadi siyasəti ya ABŞ iqtisadiyyatına zərər vurub, ya da heç bir təsir göstərməyib.
33 faiz isə prezidentin siyasətinin "iqtisadiyyat üçün böyük ziyan vurduğuna" inandığını bildirib. 26 faiz onun siyasətinin ona kömək etdiyini bildirib.
Oxuməni.az



.jpg)








.jpg)
.jpg)





































































