Böyük Britaniya "gülüş qazını" qadağan edib
Böyük Britaniya gülüş qazı kimi tanınan azot oksidinin istifadəsini və yayılmasını qadağan edib. Bundan əyləncə məqsədi ilə istifadə edən şəxsləri iki ilədək, satıcıları isə 14 ilə qədər həbs gözləyir.
Azot oksidi aşpazlar və çörəkçilər tərəfindən qaymaq çalmaq üçün, xəstəxanalarda isə ağrı kəsici kimi istifadə olunur.
Bir narkotik olaraq, gülüş qazının qısamüddətli təsiri var, lakin yaddaş itkisi, zəifləmiş immunitet sistemi və sidik tutmamaq kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Böyük Britaniya hökuməti "anti-sosial davranışı" dayandırmaq üçün qadağanı , əsasən gənclər arasında onun tez-tez istehlakından sonra tətbiq edib.
Oxuməni.az
Digər xəbərlər



























































.jpg)

.jpg)


.jpg)


















