ABŞ Mərkəzi Komandanlığı Suriyada hava əməliyyatı keçirib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada İrana yaxın qruplara hava hücumu təşkil etdiyini açıqlayıb.
CENTCOM-un rəsmi internet səhifəsində verilən açıqlamada, “Biz xalqımızı hücumlara görə məsuliyyət daşıyanlara qarşı müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyik və öz seçdiyimiz vaxt və yerdə cavab verəcəyik”, - deyə bildirilib.
Sözügedən hava zərbəsi Suriya və İraqda həyata keçirilib. ABŞ vətəndaşlarına qarşı hücumlara cavab verildiyi bildirilən açıqlamada Suriyanın hansı bölgədə həyata keçirildiyi və nəticəsi ilə bağlı məlumat paylaşılmayıb.
Oxuməni.az
Digər xəbərlər


















































































