Vladimir Putin yeni prezidentlik müddətinə namizədliyini hələlik açıqlamayıb

Vladimir Putin yeni prezidentlik müddətinə namizədliyini hələlik açıqlamayıb

6 Noyabr 2023 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin yeni prezidentlik müddətinə namizədliyini hələlik açıqlamayıb. Bunu TASS-a dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Belə ki, o, mənbələrə istinadən Putinin guya 2024-cü ilin martında keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəldiyini bildirən Reuters-in nəşrinə münasibət bildirib.

“Putin hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Kampaniyanın özü isə hələ rəsmi olaraq elan edilməyib”, - Kreml nümayəndəsi bildirib.

Oxuməni.az