ABŞ-ın dövlət katibi Blinken Ankaraya gəldi
ABŞ-ın dövlət katibi Antoni Blinken xarici işlər naziri Hakan Fidanla görüşmək üçün Ankaraya gəlib. Blinkeni Esenboğa Hava Limanında çox sayda səlahiyyətli şəxslər qarşılayıb.
Blinkeni və onu müşayiət edən heyəti Ankaraya gətirən təyyarə ötən gün gecə saat 23.58-də Esenboğa hava limanına enib. Blinkeni Esenboğa hava limanında ABŞ-ın Ankaradakı səfiri Ceffri Flake, Xarici İşlər Nazirliyinin Amerika üzrə ikitərəfli siyasi məsələlər üzrə baş direktoru səfir Yaprak Balkan, Ankara valisinin müavini Namık Kamal Nazlı və bir çox rəsmi şəxslər qarşılayıblar.
Xarici işlər naziri Fidan ilə həmkarı Blinken arasında sabah keçiriləcək rəsmi görüşlərdə Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.
Oxuməni.az
































































.jpg)

.jpg)


.jpg)












