Avropa Komissiyasının rəhbəri Kiyevə gəlib

Avropa Komissiyasının rəhbəri Kiyevə gəlib

4 Noyabr 2023 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Komissiyasının sədri Ursula fon der Leyen şənbə günü Kiyevə gəlib və ölkə prezidenti Vladimir Zelenski ilə görüşüb.

Fon der Leyenin Ukrayna Ali Radasında çıxışı planlaşdırılır. Bu, Avropa Komissiyasının rəhbərinin Kiyevə altıncı səfəridir. Fon der Leyenin sözlərinə görə, o, Ukraynaya ölkənin Avropa İttifaqına daxil olmaq perspektivlərini müzakirə etmək üçün gəlib.


Bildirilir ki, Avropa Komissiyasının rəhbəri Ukrayna rəhbərliyi ilə Aİ-dən ölkəyə maliyyə və hərbi yardımı da müzakirə edəcək. Polşadan Ukraynaya gəldikdən sonra Ursula fon der Leyen Vladimir Zelenski ilə birlikdə Ukrayna Dəmir Yollarının əməkdaşlarının mükafatlandırılması mərasimində iştirak edib.
Ukrayna Aİ-yə namizəd statusunu 2022-ci ilin iyununda alıb.

E.Axund