Dərin sularda yaşamaq üçün mübarizə aparan qadınlar
Cənubi Koreyanın Jeju adasında yaşayan, "su pərisi" mənasını verən "Haenyeo" adlanan yaşı 80-dən yuxarı olan qadınlar su altından çıxardıqları məhsulları sataraq ailələri üçün çörək pulu qazanırlar.
370 vulkan zirvəsi olan Jeju adasında yaşayan haenyeolular boru olmadan 9 metr dərinliyə qədər enə və təxminən 1,5 dəqiqə suyun altında oksigensiz qala bilirlər.
YUNESKO-nun ümumdünya irs siyahısına da düşən Haenyeo əhalisi dənizdən topladıqları balıqları quruda turistlərə sataraq çörək pulu qazanırlar. Koreya turizm təşkilatının marketinq sorumlusu Maide Serin Çığ "AA" kanalının müxbirinə Haenyeos və Jeju adasındakı həyat haqqında məlumat verib.
Bölgədəki Haenyeoların tarixinin kifayət qədər qədim olduğunu ifadə edən Maide Serin Çığ, "Bir çox bölgədə Haenyeolar var, lakin onların ən qədimi Jejudakılardır. Buradakı Haenyeolar çox çalışqan və güclü olduqları ilə tanınırlar" deyə bildirib.
Haenyeosların yaşının ümumiyyətlə 80 və yuxarı olduğuna diqqət çəkən Çığ, "Cəmiyyətin inkişafı və görülən işlərin çətinliyi Haenyeosların sayının azalmasına səbəb olur. Yeni nəsil isə bu işi daha görmək istəmir.
Çığ, yaşamaq üçün şəhərdən adaya köçən və daha sonra Haenyeo olan gənc qadının və Jeju adasında yaşayanan sevgi hekayəsindən bəhs edən serial haqqında da xeyli danışıb.
Haenyeolardan olan 82 yaşlı Park Yeonja isə xatırlaya bildiyi qədər suya dalmaqla məşğul olduğunu ifadə edərək, "Mən bu peşəni anamdan öyrənmişəm və indi qızıma öyrətməyə çalışıram" deyə ifadələrini müxbirə bildirib...
Murad Şahməmməd



















































































