Ukrayna enerji hücumlarına hazırlaşır - "Financial Times"
Bir il əvvəl Ukraynanın elektrik infrastrukturunun təqribən 40%-i məhv edilib, lakin bu zərərin böyük hissəsi artıq təmir olunub.
Ukrayna qışdan əvvəl enerji infrastrukturunu gücləndirməyə tələsir, çünki Rusiyanın yenilənmiş hava kampaniyası elektrik stansiyalarını hədəf alır. Bu barədə "Financial Times" yazır.
Rusiya yayda ilk növbədə Ukraynanın dəniz limanlarını və taxıl ixracı infrastrukturunu hədəfə aldığı halda, son həftələrdə raket və dron zərbələri keçən il olduğu kimi yenidən enerji infrastrukturuna diqqət yetirməyə başlayıb. Lakin bu dəfə Kiyevdə ölkənin daha yaxşı hazırlandığına əmindirlər.
Nəşr yazır ki, kiçik yarımstansiyalar beton bloklardan hörülmüş divarlarla, həmçinin daş və ya qumlu qabionlarla qorunurdu ki, bu da ən azı dağıntılardan qorunmağa imkan verir.
Bundan başqa, ventilyasiya tələb etməyən infrastruktur elementləri yerin altına köçürülüb. Yarımstansiyaların və transformatorların təmiri üçün ehtiyat hissələri isə tez bir zamanda sifariş oluna bilməsi üçün xaricdə saxlanılır.
Əziz Mustafa







.jpg)






.jpg)
.jpg)



































































