Qazaxıstan Qolan təpələrinə sülhməramlıların göndərilməsini müzakirə edir
Qazaxıstan hərbçiləri sülhməramlı missiya ilə Qolan təpələrinə hərəkət edə bilər. “Vremya” xəbər verir ki, bu barədə müdafiə naziri Ruslan Jaksılıkov parlamentin aşağı palatası iclasında bildirib.
“Bizim müqavilələrimiz var və Qazaxıstan Silahlı Qüvvələrinin və dövlətimizin həyata keçirdiyi siyasətin sayəsində bizim müəyyən səlahiyyətlərimiz var. İndi isə biz Qolan təpələrində sülhməramlı missiyanın keçirilməsi məsələsini nəzərdən keçiririk”, - deyə nazir bildirib.
Eyni zamanda, o vurğulayıb ki, Qazaxıstan sülhməramlılarının faktiki təmas xəttində olması barədə hələlik söhbət getmir.
“Hələ başqa sualımız yoxdur. Qəzza zolağında bizdən kömək istəmədilər”, o qeyd edib.
Jaksılykov həmçinin əlavə edib ki, Qazaxıstanın sülhməramlı missiyaları müstəsna olaraq BMT-nin himayəsi altında həyata keçirilir və lazım gələrsə, Qazaxıstan öz sülhməramlılarını Təşkilatın ehtiyac duyduğu yerə göndərməyə hazırdır.
Əziz Mustafa



















































































