Ukrayna gələn həftə səfərbərlik və hərbi vəziyyəti daha üç ay uzada bilər

Ukrayna gələn həftə səfərbərlik və hərbi vəziyyəti daha üç ay uzada bilər

3 Noyabr 2023 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

Ali Rada gələn həftə Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddətini uzada bilər.

Ali radanın deputatı Yaroslav Jeleznyak Telegram kanalında bildirib ki, bununla bağlı səsvermə gələn həftəyə təyin edilib.

Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın günlərdə daha üç ay - 15 noyabrdan 2024-cü il fevralın ortalarına qədər uzadılmasını təklif edən qanun layihəsini təqdim edəcəyi gözlənilir.

Jeleznyak qeyd edir ki, bu, müharibə başlayandan bəri parlamentdə hərbi vəziyyətə dair doqquzuncu səsvermə olacaq.

Rada hərbi vəziyyətin və səfərbərliyin uzadılmasını istəyir

Xatırladaq ki, avqustun ortalarında Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada hərbi vəziyyətin və səfərbərliyin daha 90 gün - noyabrın 15-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

Bir gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı səfərbərliyə məruz qalacaq vətəndaşların kateqoriyalarını genişləndirəcəyini vəd edib.

Ukraynada müharibə artıq 617-ci günündədir. 2 noyabr 2023-cü il tarixində ən son xəbərləri və

Əziz Mustafa