Gürcüstanda "Starlink" peyk interneti istifadəyə verilib
"SpaceX"-in "Starlink" peyk interneti Gürcüstanda işə salınıb. Bu barədə "SpaceX"-in yaradıcısı İlon Mask məlumat verib.
"Starlink Georgia" 2022-ci il iyunun sonunda qeydiyyata alınıb. İyulun ortalarında Gürcüstan Rabitə Komissiyası şirkətə respublikada fəaliyyətə başlamaq üçün icazə verib.
"Starlink" qlobal peyk rabitə sistemi layihəsidir. O, 2002-ci ildə İlon Musk tərəfindən qurulan "SpaceX" tərəfindən hazırlanıb. "Starlink" sistemi aşağı Yer orbitində çəkisi 500 kq-a qədər olan çoxlu sayda kiçik süni peyk cihazları yerləşdirməklə bütün dünya üzrə istifadəçilərin internetə çıxışını təmin etmək üçün nəzərdə tutulub.
E.Axund
Digər xəbərlər







.jpg)






.jpg)
.jpg)



































































