Yəməndəki husilər İsrailə qarşı hücumlara görə məsuliyyəti öz üzərinə götürüb

Yəməndəki husilər İsrailə qarşı hücumlara görə məsuliyyəti öz üzərinə götürüb

1 Noyabr 2023 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Yəməndə İranın dəstəklədiyi husilər pilotsuz uçuş aparatları (PUA) və raketlərlə İsrailə qarşı hücumlar həyata keçirdiklərini açıqlayıblar. Husilərin hərbi sözçüsü Yəhya əs-Seri, İHA və raketlərlə hücumlarını davam etdirəcəklərini açıqlayıb.

İsrailin zülmü altında olan fələstinlilərə dəstək üçün bu gün üçüncü dəfə hücum həyata keçirdiklərini iddia edən Seri, İsrailin hücumları dayanana qədər İHA və raket hücumlarına davam edəcəklərini bildirib.

2014-cü ilin sentyabrından Yəmənin paytaxt Səna və bəzi digər bölgələrini nəzarətdə saxlayan İranın dəstəklədiyi husilər ilk dəfə olaraq İsrailə qarşı hücumlara görə məsuliyyəti öz üzərinə götürürlər.

İsrail ordusu Qırmızı dənizdən İsrailə atılan "yer-yer" raketinin hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyini açıqlayıb. İsrail ordusu sözügedən raketin hara və kimlər tərəfindən atıldığı barədə məlumat verməsə də, İsrail mediası hücumun arxasında İranın Yəməndəki husilərin olduğunu yazıb.

Murad Şahməmməd