Finlandiya ilə ABŞ arasında hərbi əməkdaşlığa dair danışıqlar yekunlaşıb
Finlandiya ilə ABŞ arasında hərbi əməkdaşlığa dair danışıqlar demək olar ki, yekunlaşıb. Yle xəbər verir ki, tərəflər Amerika qoşunlarının Finlandiyada fəaliyyət göstərə biləcəyi barədə razılığa gəliblər.
Nəşrin məlumatına görə, Finlandiya tərəfi ABŞ-a bir neçə qarnizon və ya hərbi bazadan istifadə etməyə icazə verəcək. Söhbət quru, dəniz və hava zonalarından gedir. Bununla belə, saziş Finlandiyada Amerika bazasının yaradılmasını nəzərdə tutmur. ABŞ ordusunun əsgərləri burada müvəqqəti qala biləcəklər. Müqavilənin mətni hazırda məxfidir.
İlkin razılıq bir neçə il əvvəl əldə edilib, lakin danışıqlar Rusiyanın Ukraynaya hücumundan sonra başlayıb. Nəşr yazır ki, Finlandiya ABŞ-la əməkdaşlığın ölkənin təhlükəsizliyini yaxşılaşdıracağına ümid edir. Yle yazır ki, amerikalıların 20 ölkə ilə hərbi bazalardan istifadəyə dair razılaşmaları var. Hazırda İsveçlə danışıqlar aparırlar.
Əziz Mustafa


















































































