Özbəkistan prezidenti Şavkat Mirziyoyev sabah Rusiyaya rəsmi səfər edəcək
Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 5-7-də Rusiyaya rəsmi səfər edəcək. Bu barədə respublika başçısının saytında məlumat verilib.
Səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.
Moskvada iki dövlətin liderləri arasında danışıqlar gözlənilir. Mirziyoyev Rusiyanın baş naziri Mixail Mişustinlə də görüşəcək.
Qarşıdakı görüşlərin gündəliyinə ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi məsələləri daxildir. İlk növbədə ticarət-iqtisadi, investisiya, miqrasiya və humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.
Rəsmi səfərin proqramına Özbəkistan prezidentinin Tatarıstana səfəri daxildir və burada respublikanın başçısı Rüstəm Minnixanovla danışıqlar aparılacaq.
Əziz Mustafa






































































.jpg)
.jpg)
.jpg)










