Şoyqu: Rusiyanın əlavə səfərbərlik planları yoxdur

Şoyqu: Rusiyanın əlavə səfərbərlik planları yoxdur

4 Oktyabr 2023 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın müdafiə naziri Sergey Şoyqu sentyabrda 50 mindən çox insanın departamentlə müqavilə imzaladığını bildirib. Onun sözlərinə görə, ilin əvvəlindən 335 mindən çox müqaviləli xidmətə və könüllü birləşmələrə yazılıb. Nazir əmin edib ki, silahlı qüvvələr Ukraynada hərbi əməliyyat keçirmək üçün lazımi sayda hərbi personala malikdir heyətin əlavə səfərbərlik planları yoxdur.

Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə telefon danışığı zamanı Şoyqu bildirib ki, oktyabrın 1-dən başlayan payız hərbi xidmətə çağırış kampaniyası planlaşdırıldığı kimi davam edir. “Bir daha diqqətinizə çatdırıram ki, bütün çağırışçılar, o cümlədən yeni rayonlardan olan hərbi qulluqçular döyüş bölgəsinə göndərilməyəcək”, - deyə Müdafiə Nazirliyinin rəhbəri söz verib.

Əziz Mustafa