
Pentaqon Ukraynaya təcili şəkildə ATACMS göndərməyə hazırdır
ABŞ prezidenti Co Baydenin razılığı ilə Vaşinqton kasetli sursatlarla təchiz edilmiş ATACMS taktiki raketlərini Kiyevə ötürməyə hazırdır. Bu barədə Bloomberg-ə ordu katibinin satınalma, logistika və texnologiya üzrə köməkçisi Duqlas Buş məlumat verib.
Onun sözlərinə görə, Pentaqon “uzun müddətdir ki, hadisələrin belə inkişafına hazırlaşır”.
Bloomberg aydınlaşdırır ki, ATACMS 300-dən 950-yə qədər kasetli sursat daşımağa qadirdir. Belə raketlərin uçuş məsafəsi 25 ilə 300 km arasındadır.
Buşun sözlərinə görə, Ukrayna hərbçiləri onsuz da mövcud olan buraxılış qurğularından istifadə etməklə eyni vaxtda altıya qədər ATACMS buraxa biləcəklər.
Əziz Mustafa
Digər xəbərlər