Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının ən böyük kəşfiyyat şəbəkələrindən birini zərərsizləşdirib

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının ən böyük kəşfiyyat şəbəkələrindən birini zərərsizləşdirib

3 Oktyabr 2023 18:59
Bəyəndim (0) Bəyənmədim (0)

.Ukrayna Təhlükəsizlik Xidməti müharibə zamanı Rusiyanın ən böyük kəşfiyyat şəbəkələrindən birini zərərsizləşdirdiyini bildirib. Rusiyanın xeyrinə casusluq edən 13 nəfər saxlanılıb.

Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Nikolaev vilayətində kəşfiyyat məlumatlarını FSB-yə ötürməkdə və zərbələri tənzimləməkdə şübhəli bilinən 13 yerli sakin saxlanılıb.

İstintaqın məlumatına görə, onlar Rusiya aviasiyasının bölgə mərkəzinin yaşayış və sosial infrastrukturuna hücumlarına istiqamət veriblər.

Onların 2022-ci ilin payızında Nikolaevdə çoxmərtəbəli binaya S-300 hücumu təşkil etdiyi, 7 mülki vətəndaşın həlak olmasında günahkar olduğu müəyyən edilib.

Rusiyalı məlumatçılar Ukrayna obyektlərinin koordinatlarını “messencer” vasitəsilə FSB-yə ötürüblər.