
Ukrayna Dövlət Kəşfiyyat Xidmətinin rəhbəri terrorizmdə ittiham olunur
Rusiya İstintaq Komitəsi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanova qiyabi olaraq terrorizm ittihamı irəli sürüb, Rusiya mətbuatı xəbər verir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuka, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neyjpapa və Ukrayna Hərbi Hava Qüvvələrinin 383-cü ayrı alayının komandiri Sergey Burdenyuka da qarşı ittiham irəli sürülüb.
Rusiya İstintaq Komitəsi onların 2022-ci ilin aprelindən 2023-cü ilin sentyabrına qədər Rusiyanın regionlarına yüzdən çox hava hücumunun təşkilində və həyata keçirilməsində iştirakına dair kifayət qədər sübut topladığını bildirdi.
Yaxın vaxtlarda İstintaq Komitəsi onları axtarışa verməyi və barələrində qiyabi həbs qətimkan tədbiri seçməyi planlaşdırır.
Əziz Mustafa