Bişkekdə  MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

3 Oktyabr 2023 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev Ukrayna və Moldova istisna olmaqla, assosiasiyanın bütün ölkələrinin liderlərinin Bişkekdə keçiriləcək MDB Dövlət Başçıları Şurasında iştirakını gözlədiyini açıqlayıb, RİA Novosti xəbər verir.

Şuranın Qırğızıstanın paytaxtında iclası oktyabrın 13-nə planlaşdırılıb. Bir gün əvvəl MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası olacaq.

“Əksər ölkələr iclasda iştirakını təsdiqləyib. Ukrayna və Moldovaya gəlincə, onlar nə Dövlət Başçıları Şurasının iclasında, nə də Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunmayacaqlar. De-yure MDB-nin üzvü olaraq qalmasına baxmayaraq, onlar iştirakdan çəkinirlər”, - deyə Lebedev Minskdə jurnalistlərə bildirib.

Bişkek sammitində Ermənistan və Azərbaycanın iştirakı planları ilə bağlı sualı cavablandıran Lebedev qeyd edib ki, Birlik İcraiyyə Komitəsinin Ukrayna və Moldovadan başqa heç bir ölkənin iştirakdan imtina etməsi barədə məlumatı yoxdur.

“Qalanlarına gəlincə, kiminsə iştirakdan imtina edəcəyi barədə məlumatımız yoxdur. “Ən azı indi əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, Ukrayna və Moldova istisna olmaqla, əksər ölkələr bu forumlarda təmsil olunacaqlar”, - deyə o əlavə edib.

Əziz Mustafa