Braziliya Amazonlarında 100-dən çox çay delfini ölü tapılıb

Braziliya Amazonlarında 100-dən çox çay delfini ölü tapılıb

3 Oktyabr 2023 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Delfinlərin ölüm səbəbi hələ məlum deyil, lakin yüksək temperaturun təsirli olduğu düşünülür. Braziliyada həddindən artıq quraqlığın yaşandığı Amazon meşələrində keçən həftə yüzdən çox delfin ölü tapılıb. Braziliya Elm, Texnologiya və İnnovasiya Nazirliyinə bağlı araşdırma qurumu Mamiraua İnstitutu bazar ertəsi bölgədəki məməlilər və balıqlar üçün böyük əhəmiyyət kəsb edən Tefe gölü yaxınlığında daha iki çay delfininin ölü tapıldığını açıqlayıb.

Yerli media xəbər verir ki, minlərlə ölü balıq delfinlərlə birlikdə sahilə çıxıb. Tefe gölü təxminən 1400 çay delfininə ev sahibliyi edir. Mütəxəssislər bir həftə ərzində delfin populyasiyasının 5-10 faizinin itirildiyinə diqqət çəkiblər.

Murad Şahməmməd