
Polşada İngiltərə qırıcıları
Polşanın müdafiə naziri Mariuş Blaşçak İngiltərə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin Polşaya yerləşdirildiyini açıqlayıb. Nazir sosial media hesabındakı paylaşımında sözügedən təyyarələrin İngiltərə ilə aparılan danışıqlar nəticəsində Polşaya gəldiyi qeyd edilıb.
Döyüş təyyarələrinin Polşaya göndərildiyini bildirən Mariuş Blaşçak, "İngiltərəli pilotlar F-16 pilotlarımızla birlikdə Polşa hava məkanında patrul nəzarəti aparacaq. Təhlükəsizliyi birlikdə təmin edəcəyik" deyə bildirilib.
Sərhəd təhlükəsizliyini artıran və Belarusun ölkə üçün təhlükə ola biləcəyini iddia edən Varşava administrasiyası hərbi əməkdaşlığı artırmağa davam edir.
Murad Şahməmməd
Digər xəbərlər