İrəvan bu gün Putinin həbsinə icazə verən qanun qəbul edə bilər

İrəvan bu gün Putinin həbsinə icazə verən qanun qəbul edə bilər

3 Oktyabr 2023 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

İrəvanda Ermənistan parlamentinin plenar iclası başlayıb. Gündəliyə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası məsələsi daxildir.

Xatırladaq ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının ölkənin Əsas Qanununa uyğun olduğu barədə qərar qəbul edib. Ölkə Konstitusiya Məhkəməsinin qərarı qətidir və dərc edildiyi andan qüvvəyə minir. Ermənistan hələ 1998-ci ildə Roma Statutunu imzalayıb, lakin hələ ratifikasiya etməyib, çünki 2004-cü ildə ölkənin Konstitusiya Məhkəməsi müqavilənin öhdəliklərinin o vaxt qüvvədə olan konstitusiyanın bir sıra müddəalarına zidd olduğunu tanıyıb.

Martın 17-də BCM Rusiya prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order verib. İndi Roma Əsasnaməsi ratifikasiya olunarsa, Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya prezidenti Vladimir Putinin Ermənistan ərazisinə düşəcəyi təqdirdə onu həbs etməli olacaqlar.

Əziz Mustafa