Şengen sazişi yenidən müzakirəyə çıxarılıb: Sərhəd nəzarəti geri qayıdır?

Şengen sazişi yenidən müzakirəyə çıxarılıb: Sərhəd nəzarəti geri qayıdır?

2 Oktyabr 13:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bəzi ölkələr qeyri-qanuni immiqrasiya ilə mübarizə aparmaq üçün sərhəd nəzarətinə qayıdırlar. Mütəxəssislər bunun domino effekti yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Almaniyanın Polşa və Çexiya ilə sərhədlərində mobil yoxlamalara başlaması üzv ölkələr arasında daxili sərhədləri ləğv edən Şengen sazişini yenidən müzakirəyə çıxarıb.

Şengen sazişinin əsas prinsiplərindən biri vətəndaşların sərbəst hərəkət etmək hüququna malik olmasıdır, ona görə də ölkələrin daxili sərhədlərində heç bir nəzarət yoxdur. Bununla belə, saziş xüsusilə ictimai asayiş və ya daxili təhlükəsizliyə təhlükə yarandığı hallarda sərhəd nəzarətinin müvəqqəti bərpasına imkan verən müddəaları özündə ehtiva edir.

2023-cü ildə ən azı yeddi Şengen ölkəsi bu müddəadan faydalanıb. Şengen Sərhəd Məcəlləsi üzv dövlətlərə öz milli təhlükəsizliyinə ciddi təhlükə yaranarsa, bu tədbirin son çarə kimi zəruri olması və müvəqqəti olması şərti ilə sərhəd nəzarətini bərpa etməyə icazə verir. Hazırda Şengen ölkələri bu şərtləri çox geniş şəkildə şərh edirlər.

Politoloqların fikrincə, bu vəziyyət domino effekti yaradır və sərhəd nəzarətinə başlayan dövlətin qonşu dövlətləri də ondan nümunə götürür.

Murad Şahməmməd