
Smolenskə hücum səbəbindən X-59 raketlərinin istehsalı dayandırılıb
Rusiyada müxtəlif modifikasiyalı X-59 raketlərinin istehsal prosesi Smolenskə hücuma görə pozulub.
Ukraynanın Baş Kəşfiyyat İdarəsi təsdiqləyib ki, həmin gün pilotsuz təyyarələr yerli təyyarə zavoduna hücum edib - 4 PUA-dan 3-ü hədəfi vurub.
"2023-cü il oktyabrın 1-də Smolensk Aviasiya Zavoduna endirilmiş zərbə nəticəsində müxtəlif modifikasiyalı X-59 raketlərinin istehsalı prosesi pozulub", - deyə məlumatda bildirilir.
Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, hücum nəticəsində Smolensk Aviasiya Zavodunun istehsalat sahələrinə xeyli ziyan dəyib.
Onlar xatırladıblar ki, X-59 raketi Rusiyanın hava-yer döyüş başlığıdır və 280 km məsafəni qət etməyə qadirdir. Məhz bu silahla Rusiya ordusu Ukraynadakı hərbi və mülki hədəfləri ən çox atəşə tutur.
GUR qeyd edib ki, işğalçı Rusiyanın X-59 raketləri ilə hava hücumları zamanı ən çox Çerniqov, Sumı, Xarkov, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətləri zərər görüb.
Əziz Mustafa