
Roma Əsasnaməsinin ratifikasiyası Rusiya ilə müharibəyə gətirib çıxaracaq
Keçmişdə iqtidarda olan Respublikaçılar Partiyasının İcra orqanının üzvü Eduard Şarmazanov bildirib ki, Rusiyadan Roma Əsasnaməsinin ratifikasiyasının “son dərəcə düşməncəsinə addım” olduğu barədə bəyanatlar verildikdə, diplomatik baxımdan bu, Ermənistana qarşı müharibə deməkdir.
Onun sözlərinə görə Ermənistanın müvafiq qurumlarının Roma Əsasnaməsinin ratifikasiyasına hazırlaşarkən nəyə arxayın olduqlarını və bu məsələdə kimə ümid etdiklərini anlamaq çətindir.
"Mən Rusiya Federasiyası ilə düşmənçiliyin iqtisadi və enerji problemlərindən təhlükəsizlik fəsadlarına qədər bütün ağır nəticələrini təsəvvür edə bilirəm”, - deyən Şarmazanov Rusiya və Aİİ-nin Ermənistan məhsulları üçün əsas bazar olduğunu xatırladıb.
Əziz Mustafa
Digər xəbərlər