Polis qərargahında yanğın: Çoxlu yaralı var - VİDEO

Polis qərargahında yanğın: Çoxlu yaralı var - VİDEO

2 Oktyabr 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

Misirin şimal-şərqində İsmailiyyə polis idarəsində yanğın baş verib. Saatlar sonra alov nəzarət altına alınıb. Çoxlu yaralıların olduğu bildirilir. Misirin şimal-şərqində İsmailiyyə polis idarəsinin binası yanıb. Misir mətbuatında yer alan xəbərlərdə gecə saatlarında İsmailiyyə Şəhər Polis İdarəsində naməlum səbəbdən yanğın baş verdiyi, binanın bəzi hissələrinin dağıldığı bildirilib. Təhlükəsizlik mənbələrinə əsaslanan xəbərdə yanğın zamanı içəridə növbətçi polislərin olduğu və hələlik can itkisi ilə bağlı məlumatın olmadığı, ancaq yaralananların olduğu bildirilib.

Yanğınsöndürmə qrupları yanğına müdaxilə etməyə davam etsə də, hələlik rəsmi qurumlardan hadisə ilə bağlı açıqlama verilməyib.

Murad Şahməmməd