Radikal erməni qruplaşmalarının təxribatı ilə bağlı ABŞ-dan bəyanat

Radikal erməni qruplaşmalarının təxribatı ilə bağlı ABŞ-dan bəyanat

2 Oktyabr 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Departamenti Los-Ancelesdə keçirilən “Türkiyənin Xalq Diplomatiyası” adlı konfransda Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mercan da daxil olmaqla, iştirakçılara radikal erməni qruplarının hücumu ilə bağlı “Təhlükəsizliyi təmin etmək üçün qəti qərarlı olduğumuzu bir daha bəyan edirik və biz diplomatiya aparanların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atmağa davam edəcəyik” - deyə açıqlama verib.

Xatırladaq ki, Türkiyənin Vaşinqtondakı səfiri Murat Mercan çıxış etmək üçün kürsüyə çıxarkən, 11 nəfərlik bir qrup tələbə etiraz etməyə başlayıb.

Polis tərəfindən zaldan çıxarılan qrup konfrans zamanı çöldə səs-küy salaraq proqramın normal gedişinə təsir göstərməyə çalışıb. Konfrans başa çatdıqdan sonra proqram iştirakçıları kənarda erməni radikal qrupları tərəfindən fiziki və şifahi hücuma məruz qalıblar.

Murad Şahməmməd