Jirnov: Putin həbsdə olan rusiyalı terrorçu İqor Qirkinin öldürülməsinə göstəriş verə bilər

Jirnov: Putin həbsdə olan rusiyalı terrorçu İqor Qirkinin öldürülməsinə göstəriş verə bilər

2 Oktyabr 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

Təcavüzkar ölkə Rusiyanın prezidenti Vladimir Putin həbsdə olan rusiyalı terrorçu İqor Qirkinin öldürülməsinə göstəriş verə bilər. Bu fikri “GORDON” nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində Fransada yaşayan qanunsuz keçmiş sovet kəşfiyyatçısı və yazıçısı Sergey Jirnov deyib.

Jurnalist döyüldüyü iddia edilən Qirkinin yayılan fotoları haqqında nə düşündüyünü və onların real ola biləcəyini soruşub.

"Şeytan bilir. Amma mən təəccüblənməyəcəyəm. O, əlbəttə ki, Putinin onu həbs edəcəyini gözləmirdi, lakin Putinin onu həbs etməsi üçün hər şeyi etdi”, - deyə keçmiş kəşfiyyatçı cavab verib.

O, hesab edir ki, Qirkin Rusiya Federasiyasının prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətində olduğunu bəyan etməklə düzgün addım atıb.

"Bu, onun sağ qalması üçün yeganə fürsətdir. Çünki əgər Putin indi onu həbsxanada öldürürsə, bu, xoşagəlməz bir şey kimi görünür. Baxmayaraq ki, o, Putini həddən artıq qiymətləndirir. Putin onu həbsxanada sakitcə tamamilə öldürəcək. Yadda saxlayın ki, Qirkin həbsdə olanda ilk gün həbs qətimkan tədbiri seçmək üçün məhkəməyə gətirilib və məhkəmədə demişdi: “Bilirsən, mən əslində xəstəyəm, ürəyim pisdir, mən həbsxanaya gedə bilmirəm, məni ev dustaqlığına buraxın”. Yəni o. özünün necə öldürülməli olduğunu Putinə başa salıb”,-deyə Jirnov vurğulayıb.

Qirkin iyulun 21-də Rusiyada saxlanılıb. RosSMI bildirdi ki, Wagner PMC-nin keçmiş "işçisi" ona qarşı şikayət edib. O, Yaroslavldan olan cərrah Dmitri Petrovski olub, onu Qirkinə qarşı prokurorluğa ərizə yazmağa vadar edən “son damla” “DXR” yaraqlılarının keçmiş liderinin Putin haqqında söylədiyi sözlər olub.

İyulun 21-də Moskva Meşçanski Məhkəməsi Qirkin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Lefortovo istintaq təcridxanasındadır. Sentyabrın 12-də Qirkinin həbs müddəti üç ay uzadılıb.

Əziz Mustafa