
Oktyabr ayında rekord isti hava qeydə alındı
İspaniya oktyabr ayına rekord temperaturla girdi. Hazırda temperatur 38 dərəcəyə çatıb. Mütəxəssislər ölkədə 1950-ci ildən bəri ən isti payız fəslinin olacağını proqnozlaşdırırlar. İspaniya Meteorologiya İnstitutu (AEMET) oktyabrın ilk günündə ölkə daxilində rekord temperaturun qeydə alındığını açıqlayıb. Oktyabr ayı üçün indiyə qədər ən yüksək hava istiliyinin 22 oktyabr 2014-cü ildə Malaga şəhərinin Marbella rayonunda 37,5 dərəcə olduğunu bildirən AEMET, termometrlərin olduğu ölkənin cənub-qərbindəki Badajoz şəhərində bu rekordun qırıldığını açıqlayıb. Bu gün 38 dərəcə göstərici qeydə alınıb. Normadan 5-10 dərəcə yüksək olan havanın temperaturu Əndəlus bölgəsinin şəhərlərindən biri olan Sevilyanın Karmona rayonunda 37,4, Jaen əyalətinin Ənducar rayonunda isə 37,2 dərəcəyə çatıb. Eynilə, ölkənin şimal rayonlarında da havanın temperaturu iqlim normasından xeyli yuxarı, bir çox yerlərdə 30 dərəcəni keçib. Ölkə üzrə ümumilikdə 92 yerdə oktyabr ayı üçün temperatur rekordları qırılıb.
Bəzi ekspertlər bu il İspaniyada 1950-ci ildən bəri ən isti payız mövsümünün olacağını proqnozlaşdırırlar.
Murad Şahməmməd