
Birdəfəlik plastik çəngəllər, bıçaqlar və boşqablar qadağan edilib
Böyük Britaniyada plastik çəngəllər, bıçaqlar, boşqablar və nimçələr kimi birdəfəlik məhsullara qoyulan qadağa qüvvəyə minib. Britaniya hökuməti bəzi birdəfəlik plastiklərə qadağa qoyaraq təbiəti plastik tullantıların çirklənməsindən qorumaq istəyir. Bununla belə, bələdiyyələr xəbərdarlıq edir ki, bəzi şirkətlər dəyişikliklərə hazır deyil. Qadağan olunmuş birdəfəlik plastikləri tədarük etməyə davam edən müəssisələr cərimələnə və yerli hakimiyyət orqanları tərəfindən yoxlamalara məruz qala bilər. Oxşar qadağalar Şotlandiyada da tətbiq edilir. Şotlandiya 2022-ci ilin iyun ayında müəssisələr üçün birdəfəlik plastik məhsulları qadağan edib. Oxşar qanun 2022-ci ilin dekabrında Uelsdə təsdiqlənib, lakin tətbiqin bəzi hissələrinin 2026-cı ilə qədər qüvvəyə minə bilməyəcəyi bildirilib.
Avropa İttifaqı (Aİ) 2021-ci ildə plastik tullantıların və birdəfəlik boşqab, çəngəl və fincan kimi qadağan olunmuş plastiklərin miqdarını azaltmaq üçün son illərdə yeni qaydalar tətbiq edib.
Murad Şahməmməd