Tramp  prezident seçiləcəyi təqdirdə,  bir neçə ölkədən ABŞ qoşunlarını çıxarmaq niyyətindədir

Tramp prezident seçiləcəyi təqdirdə, bir neçə ölkədən ABŞ qoşunlarını çıxarmaq niyyətindədir

2 Oktyabr 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə yenidən seçiləcəyi təqdirdə, ABŞ-ın kənd təsərrüfatı sektoruna fayda verməyən bir neçə ölkədən ABŞ qoşunlarını çıxarmaq niyyətindədir. Respublikaçı bu barədə Ayova ştatında tərəfdarlarının mitinqində bildirib.

Onun sözlərinə görə, Vaşinqton bəzi ölkələrin hərbi müdafiəsinə milyardlarla dollar xərcləyir və fermerləri üçün “əlverişli münasibət” görmür, TASS xəbər verir.

“Bizim qoşunlarımız onları qoruyur, bizə isə demək olar ki, heç bir maaş verilmir... Onların çoxu bizə nifrət edir, biz isə onları qoruyuruq. Bütün bu qoşunlar dərhal vətənə qayıdacaq və biz bu ölkələrə pul xərcləməyəcəyik”, - eks-prezident bildirib.

Sabiq prezident hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib.

Əziz Mustafa